Məktəbdaxili qiymətləndirmə ilə bağlı layihə hazırlanıb

Məktəbdaxili qiymətləndirmə ilə bağlı layihə hazırlanıb
  21 Dekabr 2020    Oxunub:1990
2020-2021-ci tədris ilində mövcud vəziyyət nəzərə alınaraq məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin Kollegiyasının qərar layihəsi hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Virtual məktəb"də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, layihə üzrə təklif və rəylər toplanır: "Yekun sənəd formalaşandan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəbdaxili   Qiymətləndirmə  





Xəbər lenti