“Valideynlər övladlarına kömək etməyə çalışmamalıdır” - Nazirlik rəsmisi

“Valideynlər övladlarına kömək etməyə çalışmamalıdır” -  Nazirlik rəsmisi
  21 Dekabr 2020    Oxunub:1973
Qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir. Lakin bu, müəyyən vaxt alacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Virtual məktəb"də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

O bildirib ki, valideynlər qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdır.

"Bu, bizim real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır. İstər milli qiymətləndirmə, istərsə də məktəbdaxili qiymətləndirmə onlayn olarsa, valideynlər müdaxilə etməsinlər. Valideynlər övladlarının layiq olmadığı balla qiymətləndirilməsinə razı olmazlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qiymətləndirmə   Virtual   Məktəb  





Xəbər lenti