Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir
  10 Dekabr 2020    Oxunub:1419
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı saat 11:00-dan etibarən aktivdir.

Azvision.az


Teqlər: Şagird   Təhsil-Nazirliyi  





Xəbər lenti