Emin Əmrullayev TİMSS nəticələrini şərh etdi

Emin Əmrullayev TİMSS nəticələrini şərh etdi
  08 Dekabr 2020    Oxunub:2307
2019-cu il TİMSS beynəlxalq şagird tədqiqatlarında Azərbaycan 4-cü sinif şagirdləri ilə iştirak edib. Bu tədqiqatda iştirak edən şagirdlərimizin Riyaziyyat üzrə göstəriciləri 515 balla, Təbiət fənləri üzrə nəticələri 427 balla qiymətləndirilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev TİMSS nəticələrini şərh edərkən deyib. O bildirib ki, Riyaziyyat fənni üzrə göstəricilərə əsasən, Azərbaycan 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

“Bu bal qəbul müəssisələrinə qəbul ballı, yəni 700 ballıq sistemlə eyni tutulmamalıdır. Təqdiqatın nəticələrinə əsasən 500 bal orta göstəricidir. Bu baldan yuxarı toplayanlar yuxarı, 500-dən aşağı nəticə göstərənlə isə aşağı nəticə göstərənlərdir. Azərbaycan şagirdlərinin Riaziyyat üzrə nəticələri 2011-ci illə müqayisədə 52 bal artıb. Azərbaycan Cənubi Qafqazda ən yüksək göstərən ölkədir. Artım göstəricisinə görə ən sürətli dinamika əldə edən ölkədir”.

Nazir bildirib ki, Azərbaycan ölkə olaraq nəticələrinə görə Avstralya, Bolqarıstan, İtaliya ölkələri sırasında yer alıb.

“Bu, son 8 ildə ibtidai təhsildə riyaziyyatın tədirisində aparılan islahatların nəticəsində olub. Təbiət fənləri üzrə ibtidai sinif şagirdləri 427 bal nəticə göstərib. Bu göstərici orta göstəricidən aşağıdır. Azərbaycanda təbiət fənləri aşağı nəticələrlə müşahidə olunur. Bunun da əsas səbəbi ibtifdai təhsildə Azərbaycan dili və Riyaziyyatın fənlərinə əsas diqqətin ayırılmasıdır”.

E.Əmrullayev bildirib ki, Azərbaycan şagirdlərinin 4-cü sinifdə uğurla nailiyyətini son illər ərzində aparılan bir sıra islahatlarla əlaqələndirmək düzgün olardı: “Müəllimlərim əmək haqlarında artımı, məktəbəqədər təhsilə daha çox şagirdlərin cəlbi, təhsilin TİMSS məzmununa uyğunlaşdırılması, müəllimlərin təlimlərə cəlb edilməsi, şagirdlərin monitorinqi bu qədər yüksək nəticə əldə etməyə imkan verib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti