Banklar digər borc öhdəliklərini də nəzərə alacaq

Banklar digər borc öhdəliklərini də nəzərə alacaq
  11 Fevral 2014    Oxunub:1185
Gələcəkdə vətəndaşların mobil operatorlara, kommunal xidmətlərə və vergi borclarına olan borcları barədə məlumatların da kredit bürosuna daxil edilməsi nəzərdə tutulub.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, artıq banklar müştərilərə kredit verərkən onların yalnız banklara olan borcunu deyil, digər öhdəliklərini də nəzərə alacaqlar. Bu məlumatları isə banklar yeni yaradılacaq kredit bürosundan əldə edəcəklər. Bu büroya üzv olan bankların hər biri öz müştəriləri haqda məlumatları vahid bir sistemə ötürəcəklər. Yeni yaradılacaq qurumun mərkəzləşdirilmiş kredit reyestrindən bir sıra fərqli cəhətləri də var. Özəl kredit bürosu vətəndaşlar haqqında hərtərəfli məlumat əldə etməyə o cümlədən borclu vətəndaşların öz borclarını vaxtında ödəyib - ödəməməsinə nəzarət etməyə də imkan verəcək.

Bank nümayəndəsi, Şahin Məmmədov: “Gələcəkdə vətəndaşların mobil operatorlara, kommunal xidmətlərə və vergi borclarına olan borcları barədə məlumatların da kredit bürosuna daxil edilməsi nəzərdə tutulub. Bu məlumatlar vasitəsilə vətəndaşların borclarını ödəmə qabiliyyəti barədə ətraflı informasiya əldə etmək mümkün olacaq”.

Artıq kredit bürosunun yaradılması üzrə 11 bankın daxil olduğu icra komitəsi yaradılıb. Hazırda komitə özəl kredit bürosunun yaradılması üçün texniki portnyorun seçilməsi işlərinə start verib. Büronun yaradılması üçün həlledici olan özəl kredit büroları haqqında qanunun isə yaxın vaxtlarda parlamentdə müzakirə olunması gözlənilir.

Mütəxəsislərin fikrincə özəl kredit bürolarının yaradılması ilk növbədə kredit risklərinin aşağı düşməsinə kömək edəcək.


Teqlər:





Xəbər lenti