Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır
  08 Dekabr 2020    Oxunub:2083
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sənəd qəbulu dekabrın 15-dək davam edəcək. Proqram xaricdə doktorantura təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti