Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1milyon 348 min 405, müəllimlərin sayı 125 min 688, aktiv istifadəçi sayı 972 min 867 nəfər olub. Həftə ərzində “Virtual məktəb”də 5 milyon 731 min 300 dərs keçirilib.