“Valideyn elə bilir ki, uşaq çox oxusa, o qədər yaxşıdır”

 “Valideyn elə bilir ki, uşaq çox oxusa, o qədər yaxşıdır”
  05 Dekabr 2020    Oxunub:2970
Orta məktəblərdə, xüsusilə aşağı siniflərdə şagirdlərin dərs baxımından yüklənməsində bir neçə səbəb var. Birincisi, valideyn elə başa düşür ki, uşaq nə qədər çox oxusa, o qədər yaxşıdır. Məktəblə yanaşı, repetitor yanına göndərir"
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ikinci məqam müəllimlə bağlıdır: "Bizim standartlarla bağlı məsələ təqdimetmədən, müəllimin bacarığından asılıdır. Üçüncüsü, məzmunla bağlı böyük müzakirələrə ehtiyac var. Bizim məktəbi yükləməkdə əsas mənbə odur ki, biz məzmunu uşaqlardan soruşmadan yazırıq. Şəxsi fikrimcə, öyrənmə, xüsusilə aşağı siniflərdə əyləncə formasında olmalıdır. Bu, yenə də bizim müəllimlərimizlə bağlıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti