Distant təhsilin müddəti uzadıldı

   Distant təhsilin müddəti uzadıldı
  30 Noyabr 2020    Oxunub:3026
Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti uzadılıb.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Bununla da, ölkə ərazisində distant tədris forması dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Azvision.az


Teqlər: Distant   Təhsil  





Xəbər lenti