Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşdı

  26 Noyabr 2020    Oxunub : 1066
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşdı
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 27-də keçiriləcək elektron sınaq imtahanına qeydiyyat bu gün başa çatıb.
Azvision.az DİM-in saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 114 nəfər (AA - 6, AC - 2, BA - 48, BB - 58) qeydiyyatdan keçib. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı eyni test tapşırıqlarından istifadə ediləcək.

Azvision.az

Teqlər: DİM   İmtahan