DİM-də imtahan keçirilib

DİM-də imtahan keçirilib
  23 Noyabr 2020    Oxunub:2642
Dövlət İmtahan Mərkəzində GRE:General Test imtahanı keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda 2 nəfər iştirak edib.

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.

Növbəti GRE imtahanının dekabrın 18-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: https://azvision.az/redirect.php?url=http://www.dim.gov.az/activities/exams/GRE/

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti