18 minə yaxın elektron imza sertifikatı verilib

18 minə yaxın elektron imza sertifikatı verilib
  08 Fevral 2014    Oxunub:1506
Azərbaycanda 18 minə yaxın elektron imza sertifikatı verilib.
AzVision.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə fevralın 1-i tarixinə olan statistik məlumatı açıqlayıb.

Ölkə üzrə əldə olunan elektron imza sertifikatlarının 17981 ədəd təşkil edib: “Artıq dövlət qurumlarına 12402 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 723-ə çatıb. Vətəndaşlar isə 4856 sertifikat əldə ediblər”.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.


Teqlər:





Xəbər lenti