Nazirlik maaşları verilməyən şəxsləri sevindirdi

  07 Fevral 2014    Oxunub : 539
Nazirlik maaşları verilməyən şəxsləri sevindirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsini təmin edilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin vəsaitlərdən 589 853 manatını əmək haqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.

Qeyd olunan dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin olunub.

AzVision.az

Teqlər: