İsveçrədə mühacirətlə bağlı referendum olacaq

İsveçrədə mühacirətlə bağlı referendum olacaq
  07 Fevral 2014    Oxunub:1287
Fevralın 9-da baş tutacaq referendum sağçı İsveçrə Xalq partiyası tərəfindən gündəliyə salınıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, referendumda xarici ölkə vətəndaşlarının ölkəyə buraxılması üçün kvota qoyulması təklif olunur.

Xalq partiyası bu məhdudiyyətlərin həm Yaxın Şərqdən olan qaçqınlara, həm də Avropa İttifaqının digər ölkələrindən olan vətəndaşlara şamil olunmasını təklif edir.

Bu vaxta qədər Avropa İttifaqı sakinləri İsveçrəyə işləmək üçün sərbəst şəkildə daxil ola bilərdilər. İttifaq sakinləri İsveçrəyə daxil olan əcnəbilərin üçdə ikisini təşkil edir.
Hazırda İsveçrədə yalnız Avropa İttifaqına daxil olmayan ölkələrə qarşı kvota tətbiq edilir.

Sosiloji sorğulara görə, İsveçrə Xalq Partiyasının təklifini əhalinin 43%-ə qədəri dəstəkləyir. Hazırda İsveçrədə 8 milyon nəfər yaşayır. Bəzi məlumatlara görə, immiqrasiya olmasa idi, əhalinin sayı 1970-ci illər səviyyəsində qalacaq və təxminən 5 milyon nəfər təşkil edəcəkdi.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti