Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
  13 Noyabr 2020    Oxunub:2802
Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbuluna start verilir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər. Sənəd qəbulu dekabrın 15-dək davam edəcək.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti