`Microsoft`un yeni baş direktoru hindistanlı oldu

`Microsoft`un yeni baş direktoru hindistanlı oldu
  06 Fevral 2014    Oxunub:1153
“Microsoft”un yeni baş direktoru təyin edildi.
AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, hindistanlı Satya Nadella “Microsoft” şirkətinin yeni baş direktoru təyin olunub. Bu haqda şirkətin press-relizində deyilir. 46 yaşlı Nadella “Microsoft”un veteranlarından biridir. Belə ki, o, şirkətdə 22 ildir çalışır.

Satya Nadella 1967-ci ildə Hindistanın Heydərabad şəhərində anadan olub. O, Manqalor Universitetində elektrik mühəndisi ixtisasına yiyələnib. Bundan sonra o, Viskonsin-Miluoki Universitetində magistr dərəcəsini alıb.

S.Nadellanın sözlərinə görə, “Microsoft” kimi şirkət ənənələri deyil, innovasiyaları qiymətləndirir. O deyib ki, korporasiya böyük perspektivlərə malikdir, lakin onlara nail olmaq üçün daha çevik olmalı və dəyişmək lazımdır.

“Microsoft” la bağlı digər xəbər isə ondan ibarətdir ki, nəhəng İT şirkətinin yaradıcısı Bill Qeyts Direktorlar Şurasının sədri vəzifəsini tərk edib. O, şirkətdə yeni baş direktorun texniki məsləhətçisi kimi işləyəcək. B.Qeytsi Direktorlar Şurasının sədri vəzifəsində Con Tompson əvəzləyəcək.


Teqlər:





Xəbər lenti