81 milyard dollar qazandılar

  05 Fevral 2014    Oxunub : 473
81 milyard dollar qazandılar
ABŞ top-menecerləri səhmlərdən 81 milyard dollar qazanıb.

AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki,ABŞ-ın idarə etdikləri müəssisələrin səhmlərinə sahib olan iyirmi top-meneceri 2013-cü ilin yekunları üzrə 80,9 milyard dollar qazanıb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Qəzet iş adamlarının rəhbəri olduqları şirkətlərin səhmlərinin qiymət artımından nə qədər qazanc əldə etdiklərini hesablayıb. Tədqiqat üçün “S&P 500” indeksi şirkətlərinin maksimal sayda səhmlərinə malik top-menecerləri seçilib.

Müəyyən edilib ki, 2013-cü ilin yekunları üzrə hamıdan çox “Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri Uorren Baffet qazanıb. Ona məxsus səhmlərin dəyəri 12,9 milyard dollar artıb. İkinci yerdə “Amazon” internet mağazasının təsisçisi Ceff Bezos qərarlaşıb. İl ərzində şirkətin səhmləri 12 milyard dollar bahalaşıb. Üçüncü yeri “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq tutub. Sosial şəbəkədə onun payı 11,9 milyard dollar artıb.

Onluğa həmçinin “Google” şirkətinin yaradıcıları Larri Peyc və Sergey Brin, “Microsoft” korporasiyasının keçmiş rəhbərləri Stiv Balmer və Bill Qeyts, eləcə də “Oracle” şirkətinin rəhbəri Larri Ellison daxildir. Qəzet kimin axırıncı yeri tutması barədə məlumat verməyib.

2013-cü ilin yekunları üzrə “Facebook”un səhmlərinin dəyəri 105 faiz, “Amazon”un 59 faiz, "Berkshire Hathaway”in 32 faiz artıb. “S&P 500” indeksi 30 faiz yüksəlib.

Teqlər: