Beynəlxalq Muğam Mərkəzində konsert olacaq
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.
Konsertdə Mirpaşa Şükürov, Sərxan Bunyadzadə, Ayşən Mehdiyeva, Xətai Hacıyev, Ramiq Bayramlı, Babək Quliyev, Gülnar Qüdrətli, Zümrüd Məmmədova çıxış edəcək.
İfaçıları Xalq Artisti, tarzən Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Teqlər: