Bütün təhsil müəssisələri tətilə buraxıldı

   Bütün təhsil müəssisələri tətilə buraxıldı
  19 Oktyabr 2020    Oxunub:3872
Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabradək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib. Bu qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.

Azvision.az


Teqlər: Məktəb   Koronavirus   Pandemiya  





Xəbər lenti