Təcili tibbi yardım maşınları yolda qaldı

Təcili tibbi yardım maşınları yolda qaldı
  03 Fevral 2014    Oxunub:1230
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Suraxanı rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobili təhlükəsiz əraziyə çıxararaq hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər. Əməliyyat saat 01:19-da başa çatıb.

Bundan əlavə nazirliyin məlumatına görə, Abşeron rayonunda da Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobili təhlükəsiz əraziyə çıxararaq hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər. Əməliyyat saat 02:10-da başa çatıb.

Analoji hadisə Sabunçu rayonunda da qeydə alınıb. Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobilin hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobilin ətrafındı qardan təmizləyiblər. Əməliyyat saat 02:23-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti