Şəmkirdə su anbarı donub: üç balıqçı köməksiz vəziyyətdə

Şəmkirdə su anbarı donub:     üç balıqçı köməksiz vəziyyətdə
  03 Fevral 2014    Oxunub:1420
Şəmkir rayonu ərazisində yerləşən Yenikənd su anbarının ərazisində qayıqda olan üç nəfər köməksiz vəziyyətdə qalıb.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qayıqdakıları xilas edilməsi üçün hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, hava şəraiti ilə əlaqədar anbardakı suyun bir hissəsi donub, buna görə də qayıqda olanlar köməksiz vəziyyətdə qalıblar. Onların qanunsuz balıq ovu ilə məşğul olanlar olduğu ehtimal edilir.

Qeyd edək ki, Yenikənd su anbarı elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilib. Anbarın ümumi həcmi 158 milyon kub m.-dir.


Teqlər:  





Xəbər lenti