Yoluxmaların 25 faizi məktəbdə qeydə alınıb

Yoluxmaların 25 faizi məktəbdə qeydə alınıb
  16 Oktyabr 2020    Oxunub:4848
Virusa yoluxan şagirdlərin heç də hamısı məktəbə gəlməyib. Virusa yoluxan şagirdlərin 25 faizi məktəbdə qeydə alınıb və bu məktəblərdə siniflər bağlanıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, bir sinifdə 4-5 şagirdin xəstələnməsi və valideynlərini xəstələndirməsi halı olmayıb.

“Müəllimlərlə bağlı vəziyyət başqadır. Bir neçə məktəbdə müəllimlər arasında yoluxmaya rast gəlinib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində məktəblər daha riskli görsənir. Çox kiçik kəndlərdə də yoluxma ola bilər. Ən birinci bağlanan məktəb elə Quba rayonunun Qanqam kənd məktəbi idi. Virus hər yerdədir. Hansı coğrafi yerdə yaşamağımızdan asılı olmayaraq diqqətli olmalıyıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Şagird   Koronavirus  





Xəbər lenti