6 peşə təhsili müəssisəsinin fəaliyyəti dayandırılıb

6 peşə təhsili müəssisəsinin fəaliyyəti dayandırılıb
  15 Oktyabr 2020    Oxunub:4062
Ermənilər tərəfindən həyata keçirilən separatçı fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb.
Bu barədə Azvision.az -a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb: "Fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq başqa əraziyə köçürülmüş müəssisələrin tezliklə öz fəaliyyətlərini bərpa edəcəkləri barədə nikbinik!".

Azvision.az



Teqlər: Peşə  





Xəbər lenti