Malları yanan sahibkarlara kömək ediləcək
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının söndürülməsi üçün dərhal hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində yanğın saat 6.37-də tam söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2125 kvadratmetr olan yarmarkanın içərisində mallar olan 1200 kvadratmetri yanıb. Yarmarkanın qalan hissəsi yanğından mühafizə olunub.
AzVision.az xəbər verir ki, şəhər icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, aidiyyəti qurumlar yanğının səbəblərini araşdırırlar.
Şəhər rəhbərliyi yanğından zərər çəkən sahibkarlarla görüşüb və onların müraciətlərini dinlənib.
Sahibkarlara fəaliyyətlərini davam etdirmək üçün müvafiq kömək göstəriləcəyi bildirilib.