Lənkəran Elektrik Şəbəkəsində təmir işləri gedir

Lənkəran Elektrik Şəbəkəsində təmir işləri gedir
  02 Fevral 2014    Oxunub:1426
Lənkəran Elektrik Şəbəkəsinin obyektlərində ötən il mühüm tədbirlər həyata keçirilmişdır və bu istiqamətdə işlər davam etdirilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, 2013-cü ilin son üç ayında müəssisənin balansında olan 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətlərində həyata keçirilmiş yenidənqurma və təmir işləri zamanı smartkart tipli sayğacların quraşdırılması üçün bir kilometrə yaxın yeni SİP kabel xətti çəkilmişdir. Eyni zamanda 700 metr uzunluğunda 10 kilovoltluq elektrik verilişi xətləri yenidən qurulub, 10 və 0,4 kilovoltluq xətlərin ümumilikdə 13,5 kilometrində əsaslı təmir işləri aparılıb.

Həmçinin 4 transformator məntəqəsində yenidənqurma, 23 transformator məntəqəsində isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, ümumi gücü 1,5 MVA-ya yaxın olan 6 transformator əsaslı təmir olunub.


Teqlər:





Xəbər lenti