Gürcüstan neft idxalının 30 faizi Azərbaycandandır

Gürcüstan neft idxalının 30 faizi Azərbaycandandır
  02 Fevral 2014    Oxunub:1066
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycan Respublikasından bu ölkəyə 275,69 milyon dollar məbləğində 295,74 min ton neft və neft məhsulları idxal olunub. Bu, Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının 28,89 faizini təşkil edir. Məlumatda keçən il ölkəyə ümumilikdə 954,41 milyon dollar məbləğində neft və neft məhsulları idxal olunduğu qeyd bildirilir.

2013-cü ildə Gürcüstan Azərbaycandan ümumilikdə 638,11 milyon dollar məbləğində məhsul idxal edib ki, bu da 2012-ci illə müqayisədə 0,7 faiz çoxdur.


Teqlər:  





Xəbər lenti