Obama: `Amerikada iqtisadi bərabərsizlik dərinləşir`

Obama: `Amerikada iqtisadi bərabərsizlik dərinləşir`
  02 Fevral 2014    Oxunub:1264
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Amerikada 8 milyon yeni iş yeri açan özəl sektorun iqtisadi artım əldə etməsinə baxmayaraq, iqtisadi bərabərsizliyin dərinləşdiyini bildirib.

Həftəlik radio müraciəti zamanı Barak Obama deyib ki, indi hər kəs üçün imkanlar yaradılması vaxtıdır.

O, imkanlar kimi daha artıq iş yeri, iş təlimləri, hər uşağa təhsil verilməsi, hər qadın və kişini normal həyatla təmin edəcək məvacibi göstərib.

ABŞ dövlət başçısı deyib ki, bütün bunlara nail olunması üçün Konqresin əməkdaşlığına ehtiyac duyurlur. Prezident hər bir ailəyə yardım göstərmək üçün özü tək hərəkətə keçə biləcəyini deyib.

amerikaninsesi.org


Teqlər:





Xəbər lenti