64 yaşlı qadın xilas edildi

64 yaşlı qadın xilas edildi
  02 Fevral 2014    Oxunub:1073
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilən vətəndaş aidiyyəti üzrə təhvil verilib
Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1950-ci il təvəllüdlü qadın xilas edilib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhərinin Nəsimi rayonunda baş verib.

FHN-nin “112” qaynar telefon xəttinə əsasən dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş mənzildə halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti