Qatarların hərəkəti bərpa edildi

 Qatarların hərəkəti bərpa edildi
  01 Fevral 2014    Oxunub:1147
Bu gün Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində ikinci yolda da təmir işləri başa çatıb, qatarların hərəkəti tam bərpa olunub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Qeyd edək ki, 29 yanvar saat 12.15-də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb, yükü dağılıb, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Elə həmin gün «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin, “Dəmiryolservis” MMC-nin və «Fövqəladə Hallar Qatarı» MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23.30-da hərəkət birtərəfli (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib.(apa)



Teqlər:  





Xəbər lenti