Nazirlikdən əyani dərslərin sayı ilə bağlı açıqlama

Nazirlikdən əyani dərslərin sayı ilə bağlı açıqlama
  01 Oktyabr 2020    Oxunub:4120
Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin gündəlik sayının artırılmasının mümkün olub-olmadığına aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tövsiyə edilən dərs cədvəllərində I – IV sinif şagirdləri üçün həftədə 10-11 saat, V – IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur. Şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil:

"I səbəb – müəllimin izafi dərs yükü yaranır ki, bu da yolverilməzdir. II səbəb – şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır".

Azvision.az



Teqlər:





Xəbər lenti