Üç rayonda məktəblərin fəaliyyəti dayandırılıb

Üç rayonda məktəblərin fəaliyyəti dayandırılıb
  30 Sentyabr 2020    Oxunub:2428
Respublikada elan olunmuş hərbi vəziyyətlə əlaqədar 3 rayonda məktəblərin fəaliyyəti dayandırılıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib. O bildirib ki, 11 rayonda isə məktəblər hərbi vəziyyətə uyğun olaraq fəaliyyət göstərir.

Nazir qeyd edib ki, pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var: "Tədris planlarına əsasən təhsil müəssisələrində əyani təhsil həftədə 2, 3, 5 gün keçiriləcək və yaxud da tədris distant formada aparılacaq".

Onun szölərinə görə, bu gün Azərbaycandakı məktəblərin 2307-də şagird sayı 200-dən azdır: “Xüsusi məktəblər və internat tipli məktəblərdə uşaqların bir qismi yataqxanada qalır. Onların daha az ünsiyyətdə olmaları üçün qruplara bölünməklə həftədə 2 və ya 3 gün əyani dərs olacaq”.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti