Azad olunmuş kəndlərimizin təhsil statistikası

 Azad olunmuş kəndlərimizin təhsil statistikası
  29 Sentyabr 2020    Oxunub:4463
Təhsil Nazirliyi işğaldan azad olunmuş kəndlərin təhsil statistikasını açıqlayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Füzuli rayonunda işğal olunana qədər 86 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 21 min, müəllimlərin sayı isə 1900 nəfər olub.

Hazırda rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyət göstərir. Müəllimlərin ümumi sayı 2259, şagirdlərin sayı isə 1342 nəfərdir.

Kənd Horadiz məktəbi 624, Qərvənd kənd məktəbi 240, Aşağı Əbdurrəhmalı kənd məktəbi 220, Yuxarı Əbdurrəhmanlı kənd məktəbi 350, Qaraxanbəyli kənd məktəbi 624 şagird yerlik olub.

Azvision.az


Teqlər: Məktəb   Dərs  





Xəbər lenti