Kimsəsiz qocaların yeni statistikası

Kimsəsiz qocaların yeni statistikası
  30 Yanvar 2014    Oxunub:5167
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial-məişət xidməti göstərir.
Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirir ki, xidmət göstərilən vətəndaşların 10 752 nəfəri qadındır: “Xidmətlə təmin olunanların 11 275 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir”.

Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti