SOCAR Batumidə beynəlxalq memarlıq nümunəsi yaradıb
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2013-cü ildə ABŞ-ın nüfuzlu “The Huffington Post” nəşri bu stansiyanın ərazisində yerləşən “McDonald’s”ı ən kreativ və gözəl “fastfood” obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salıb.
Bu il nüfuzlu ArchDaily memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil edib.
SOCAR-ın uğurlu layihələrindən biri olan Batumi “McDonald’s”ı fəaliyyətə başladığı gündən populyarlıq qazanıb. Şüşə və poladdan qurulmuş üçmərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir. Binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür.
Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çalarlar gətirir. Onlar həm də bayırdakı səs-küyün qarşısını alırlar. Yanacaqdoldurma məntəqəsi (YDM) və restoran bir-birindən həm fiziki, həm də vizual baxımdan tam təcrid olunub. Belə ki, restoranın müştəriləri YDM-in işini görə bilmirlər. Qeyd etmək lazımdır ki, Batumi “McDonald’s”ı SOCAR-ın dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyildir. Tbilisi-Batumi magistralı üzərində yerləşən çoxfunksiyalı avto-launc beynəlxalq səviyyədə populyarlıq qazanıb. Burada “Qudvill” marketi və “fastfood” restoranı ilə yanaşı, müştərilərə bir sıra digər komfortlu xidmət növləri də təklif olunur.
Teqlər: