Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatdı

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatdı
  26 Sentyabr 2020    Oxunub:3880
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, ixtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

Azvision.az


Teqlər: DİM   Rezidentura  





Xəbər lenti