`Gəlin qayası`ndan FOTOLAR

`Gəlin qayası`ndan  FOTOLAR
  30 Yanvar 2014    Oxunub:5084
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş olunub.
Operanın təqdimatı Şərqdə ilk opera yazan görkəmli bəstəkarın anadan olmasının 90 illiyinə həsr edilib.

Operanın nümayişindən qabaq Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova çıxış edərək bir neçə gün əvvəl Şəfiqə Axundovanın 90 illiyinin tamam olduğunu söyləyib.

Vurğulanıb ki, bütün ömrünü musiqiyə həsr edən, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundova ilk növbədə gözəl mahnı bəstəkarı kimi sevilir. Onun mahnıları, melodiyaları artıq zamanın sınağından çıxıb və müxtəlif ifaçıların repertuarında yer alıb.

Tamaşanın dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir.

Əsas rolları xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Şahlar Quliyev, Əli Əsgərov, əməkdar artistlər Gülüstan Əliyeva, Sahibə Abbasova, Nizami Bağırov və digərləri ifa ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti