Türkiyənin simfonik orkestri Heydər Əliyev Mərkəzində

Türkiyənin simfonik orkestri Heydər Əliyev Mərkəzində
  30 Yanvar 2014    Oxunub:1401
Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edib.
AzVision.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti olmuşdur.

Orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə təqdim olunan konsertdə skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev çıxış edib.

UNICEF-in Türkiyədə xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarlarından müvafiq olaraq Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim edilib.

Ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir. Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış etmiş, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.


Teqlər:  





Xəbər lenti