Sexdə yanğın olub

Sexdə yanğın olub
  29 Yanvar 2014    Oxunub:1167
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 3000 kv.m olan sexin binasında vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 2000 kv.m anbar kimi istifadə olunan tikilinin yanar konstruksiyaları və içərisindəki geyim malları 900 kv.m sahədə, ona bitişik ümumi sahəsi 2000 kv.m olan "PANO" ASC-nin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və anbara bitişik dayanmış "MERCEDES" markalı yük avtomobilinin banı və banına yığılmış paltar kipləri yanıb.

Anbarın və "PANO" ASC-nin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti