Bu gün 13 şagird koronavirusa yoluxdu

   Bu gün 13 şagird koronavirusa yoluxdu
  25 Sentyabr 2020    Oxunub:2898
Sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Azvision.az


Teqlər: Təhsil   Şagird   Koronavirus  





Xəbər lenti