“Biz hələ bunu həyata keçirə bilməyəcəyik” - DİM sədri

“Biz hələ bunu həyata keçirə bilməyəcəyik” -  DİM sədri
  24 Sentyabr 2020    Oxunub:2609
Gələn il buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulurdu. Hələlik biz bunu həyata keçirə bilməyəcəyik.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

“Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Cəmiyyət də hazır olmalıdır. Bu il Azərbaycan dili - Dövlət dili imtahanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik".

DİM sədri qeyd edib ki, hazırda təlim-tədris prosesində müəyyən müsbət dəyişikliklər var: "Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".

Aytən Zəhra
Azvision.az



Teqlər: İmtahan   DİM  





Xəbər lenti