500-dən çox bal topladılar, amma qəbul olmadılar

 500-dən çox bal topladılar, amma qəbul olmadılar
  24 Sentyabr 2020    Oxunub:3752
I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib, ancaq kənarda qalan abituriyentlərin sayı 4 nəfər olub.

Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Il ixtisas qrupu üzrə 200-dən yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb.
"Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir. Bunun səbəbi abituriyentin yalnız bir ödənişsiz ixtisası yazmasıdır. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayanların sayı 8 nəfərdir. Qəbul olmayan həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti