Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

  24 Sentyabr 2020    Oxunub : 1214
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Azvision.az

Teqlər: Təhsil   Məktəbəhazırlıq