Azərbaycan Gürcüstana minlərlə dərslik göndərdi

 Azərbaycan Gürcüstana minlərlə dərslik göndərdi
  22 Sentyabr 2020    Oxunub:3775
Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.
Azvision.az xəbər verir ki, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.

Azvision.az


Teqlər: Gürcüstan   Dərslik  





Xəbər lenti