UNEC brendi 10 ölkədə tanındı

UNEC brendi 10 ölkədə tanındı
  22 Sentyabr 2020    Oxunub:2448
Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi daha bir ölkədə tanınıb.
Universitetdən Azvision.az -a verilən məlumata görə, dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirən UNEC, Rusiyadan sonra Ukraynada da tanınıb. Belə ki, UNEC Ukrayna İntellektual Mülkiyyət İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alınıb.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə, Estoniya, Rusiyadan sonra 10-cu ölkədə tanınmış oldu.

Azvision.az


Teqlər: UNEC  





Xəbər lenti