BBC AzVision-dan yazdı

  29 Yanvar 2014    Oxunub : 560
BBC AzVision-dan yazdı
BBC-nin saytında Azərbaycanlı bağlı yazı dərc olunub. Orijinalını burada oxuya biləcəyiniz yazıda son vaxtlarda ölkədə yayılmış ekzorsizm (cin çıxarma) hallarından danışılır.

Deyilir ki, son iki həftədə Lamiyə Əliyeva adlı qızdan cin çıxarılmasının əks olunduğu video ölkənin gündəmini işğal edib. Çoxları bu qızın psixi xəstə olduğunu söyləyir və yandırılmaqla işgəncəyə məruz qaldığını bildirirlər. Amma Lamiyə özü BBC-yə açıqlamasında ona işgəncə verildiyini fikrilə razılaşmayıb.

Yazının sonunda deyilir ki, bu halları ölkədə istehza ilə qarşılayanlar və parodiya edənlər də var. Misal kimi AzVision saytının çəkdiyi və “internetdə geniş yayılan” cinçıxarma videosu göstərilir.

Teqlər: