Bu il bütün regionlar qazlaşacaq

Bu il bütün regionlar qazlaşacaq
  29 Yanvar 2014    Oxunub:1218
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq yanvarın 28-də Lənkəran rayonunun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib.
Bu münasibətlə keçirilən tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən cari ilin sonuna qədər Azərbaycanın bütün regionları təbii qazla təmin ediləcək.

Qeyd olunub ki, ümumilikdə 1567 abonenti olan Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19 min 979 metr uzunluğunda polietilen və 37 min 779 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilən, abunəçilərin evlərində 1567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər:  





Xəbər lenti