Neçə abituriyent ixtisas seçimi edib? - Bir gün qaldı

Neçə abituriyent ixtisas seçimi edib? -  Bir gün qaldı
  19 Sentyabr 2020    Oxunub:4313
Sabah ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib. İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti