Məktəblər bu qaydada fəaliyyət göstərəcək - VİDEO

 Məktəblər bu qaydada fəaliyyət göstərəcək -  VİDEO
  14 Sentyabr 2020    Oxunub:3495
Yeni tədris ilindən etibarən şagirdlərin dərslərdə əyani formada iştirak etməsi üçün təhsil müəssisələri sanitariya və gigiyena qaydaları tətbiq edəcəklər. Təhsil müəssisələrinə giriş-çıxış zamanı müəllim və şagirdlər arasında fiziki məsafənin təmin olunması üçün məktəblərin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məktəbə daxil olan şəxslərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, hərarəti yüksək olan şagirdlər evə göndəriləcək.

"Məktəbin girişi və çıxışı spirt tərkibli dezinfeksiya vasitələri ilə təmin edilib. Şagirdlərin əlləri və əşyaları dezinfeksiya olunduqdan sonra içəriyə daxil olacaqlar. Şagirdlərin müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafəsinin gözlənilməsi nəzarət altında olacaq".



Azvision.az



Teqlər: Məktəb   Dərs  





Xəbər lenti