Məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatdı

Məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatdı
  14 Sentyabr 2020    Oxunub:2141
2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.
Azvision.az -ın məlumatına görə, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşıb.

Məktəbəhazırlıq qruplarına 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunublar.

Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edib. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti