Şəkidə 45 yaşlı qadının meyiti tapılıb

Şəkidə 45 yaşlı qadının meyiti tapılıb
  28 Yanvar 2014    Oxunub:1242
AzVision.az APA- ya istinadən xəbər verir ki, Şəkidə 45 yaşlı qadın evində ölü tapılıb. Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, bina 168 a, mənzil 3-də qeydə alınıb.

Hadisə yerinə Şəki ŞRPŞ-nin və Şəki rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Mənzilin mətbəxində aşkarlanan qadın meyitinə baxış zamanı məlum olub ki, cəsəd Şəki şəhər sakini, 1969-ci il təvəllüdlü Paşayeva Səlfinaz Həmid qızına məxsusdur.

45 yaşlı S. Paşayevanın dəqiq hansı səbəbdən ölməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, Paşayeva evdə tək yaşayırdı. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti